AZ

Bu fəaliyyətə müdaxilə edənlər üçün cərimə artırıla bilər

Ombudsmanın qanuni fəaliyyətinə mane olmaya görə cərimələrin artırılması təklif edilir.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın), Milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətini məhdudlaşdırma və ya fəaliyyətinə müdaxilə etməyə görə 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Məruzədə yuxarıdakı sanksiyanın Ombudsmanın insan hüquqlarının müdafiəsi üzrə ali konstitusion mandatının əhəmiyyətini tam ehtiva etmədiyini, çəkindirici və qabaqlayıcı təsir baxımından effektiv olmadığını, habelə digər inzibati xətalar üzrə tətbiq olunan sanksiyalarla müqayisədə qeyri-proporsional olduğunu nəzərə alaraq cərimə məbləğinin artırılması təklif edilir./Trend

Seçilən
8
2
konkret.az

3Mənbələr