AZ

Neymar Vinisiusun rəqsini təkrarladı VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Braziliyalı hücumçu Neymar “Santos”un “Vasko da Qama”nı 2:1 hesabı ilə məğlub etdiyi matçdan sonra diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, o, vurduğu qoldan sonra sevincini “Real Madrid”in futbolçusu Vinisius Juniorun Çempionlar Liqasındakı rezonans doğuran rəqsi ilə qeyd edib.

Xatırladaq ki, “Benfika”ya qarşı pley-off mərhələsinin ilk oyununda Vinisius 50-ci dəqiqədə fərqlənmiş və künc bayrağı yanında rəqs etmişdi.

Bu hərəkət tribunaların narazılığına səbəb olmuş, görüşün baş hakimi Fransua Leteqsye braziliyalıya sarı vərəqə göstərmişdi.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
icma.az

2Mənbələr