Pakistanla sərhəddə baş verən münaqişədə Əfqanıstan ordusunun azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.
News365.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-nu nəzarətə götürüb.
Məlumata görə, tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 80-dən çox hərbi texnikaya da ziyan dəyib.
"Kabil, Paktiya və Qəndəharda Əfqanıstanın "Taliban" hərəkatının müdafiə mövqelərinə zərbələr endirilib", - deyə nazir bildirib.