AZ

Qaibə görə “kəsilən” bu tələbələrin imtahana buraxıla bilər - TƏKLİF

Bakı. Trend:

Təhsil müəssisələrində xəstəlik səbəbindən fənn saatlarının 25faizindən çoxunda iştirak edə bilməyən tələbələrin tibbi arayışaəsasən imtahanlara buraxılması təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22sentyabr 2025-ci il tarixli Qərarında ali təhsil müəssisələrininbakalavriat və magistratura səviyyələrində, orta ixtisas və peşətəhsili müəssisələrində üzrlü səbəblərə görə fənn üzrə ayrılmışauditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyəntələbələrin təhsil hüquqlarının təmin edilməsi üçün müvafiqqaydaların təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyəedilib.

Ombudsmanın məruzəsində Konstitusiya Məhkəməsinin Qərarındanirəli gələrək ali təhsil, orta ixtisas və peşə təhsilimüəssisələrində təhsil alan tələbələrin əmək qabiliyyətinimüvəqqəti itirməsi (xəstəlik, karantin və digər səbəblərdən) iləəlaqədar fənn üzrə auditoriya saatlarının 25 faizindən çoxundaiştirak edə bilmədiyi hallarda müvafiq tibbi arayışa əsasən həmintələbələrin imtahanlara buraxılmasının təmin edilməsi məqsədiləmüvafiq qaydalara dəyişikliklərin edilməsi təklif edilir.

Seçilən
5
4
az.trend.az

5Mənbələr