AZ

Orta Dəhlizin inkişaf perspektivləri müzakirə edilib

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan və Böyük Britaniya xarici işlər nazirləri Yermek Koşerbayev və İvett Kuper arasında keçirilən görüşdə Avrasiya əlaqələrinin gücləndirilməsinin əsas istiqamətlərindən biri kimi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf perspektivləri müzakirə olunub.

Hafta.az Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüş nazirin Böyük Britaniyaya səfəri çərçivəsində baş tutub.

Tərəflər, həmçinin ticarət və investisiyalar, nadir minerallar, maliyyə, rəqəmsallaşdırma, təhsil və iqlim gündəliyi sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

“Bu il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünü qeyd edirlər. Birləşmiş Krallıq Qazaxıstanın Avropadakı əsas tərəfdaşlarından biri olaraq qalır və biz strateji tərəfdaşlığımızı daha da dərinləşdirməyə sadiqik”, – deyə Y.Koşerbayev bildirib.

Görüşdə nadir minerallar sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. 2026–2027-ci illər üçün imzalanmış yol xəritəsinin geoloji kəşfiyyat və emal sahəsində birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açdığı vurğulanıb.

Seçilən
70
2
hafta.az

3Mənbələr