AZ

"Hər şey iranlıların nə edib-etməsindən asılıdır"

Vaşinqton administrasiyası İranın nüvə proqramına diplomatik həll yolu tapmağa üstünlük verərdi.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens cümə axşamı dərc olunan "The Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib.

"Amma hər şey iranlıların nə edib-etməsindən asılıdır. Düşünürəm ki, keçmişin səhvlərini təkrarlamaqdan çəkinməliyik", - deyə vitse-prezident bildirib.
"Sadəcə bir prezidentin hərbi münaqişədə uğursuz olması, bir daha hərbi münaqişəyə qoşula bilməyəcəyimiz anlamına gəlmir. Ehtiyatlı olmalıyıq və düşünürəm ki, Prezident ehtiyatlıdır."

Seçilən
47
ucnoqta.az

1Mənbələr