AZ

Yaxın Şərqdə kritik gediş: 48 qırıcı ilə yüklənmiş ABŞ aviadaşıyıcısı İsrailə çatır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin "USS Gerald R. Ford" aviadaşıyıcısı İsrail sahillərinə doğru istiqamət alıb.

Oxu.Az bildirir ki, bu barədə "TV7 Israel News" telekanalı məlumat yayıb.

Məlumata görə, gəminin cümə günü axşam saatlarında İsrailin şimalında yerləşən Hayfa limanına daxil olması planlaşdırılır.

Yunanıstan KİV-in məlumatına əsasən, aviadaşıyıcı bazar ertəsindən etibarən yerləşdiyi Krit adasındakı "Suda" hərbi-dəniz bazasını tərk edərək Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.

"USS Gerald R. Ford"un göyərtəsində dörd eskadrilyadan ibarət 48 ədəd "F/A-18 Super Hornet" döyüş təyyarəsi yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr