AZ

Vahid Qədim Ukrayna döyüşündə itkin düşdü -

Rusiya–Ukrayna müharibəsində iştirak etdiyi iddia edilən azərbaycanlı meyxanaçı ilə bağlı məlumat yayılıb.Metbuat.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Vahid Qədimin Luqansk istiqamətində gedən döyüşlər zamanı itkin düşüyü iddia olunur. Məlumata görə, o, sonuncu dəfə təxminən 20 gün əvvəl əlaqə saxlayaraq Luqansk istiqamətinə göndərildiklərini bildirib. Bundan sonra onunla əlaqə kəsilib. Qeyd olunan məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, daha əvvəl mediada Vahid Qədimin Moskvada sevgilisinə bıçaqla xəsarət yetirdiyi iddia olunmuş, sonradan həmkarı Mehman Əhmədli bu məlumatları təkzib etmişdi.

Seçilən
22
metbuat.az

1Mənbələr