AZ

“İftar yüngül və mərhələli açılmalıdır” DİETOLOQ

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramazan ayında qidalanma ilə bağlı dietoloqValidə Şıxıyeva Gununsesi.info-ya aşağıdakı məqamları vurğulayıb:

“Oruc zamanı bədən uzun saatlar qidasız qaldığı üçün iftar yüngül və mərhələli şəkildə açılmalıdır. İlk olaraq su və xurma ilə başlamaq, bir qədər sonra əsas yeməyə keçmək daha uyğundur”.

O qeyd edib ki, süfrədə yağlı və ağır yeməklərə üstünlük verilməsi həzm pozuntularına səbəb ola bilər.

“Qızardılmış yeməklər əvəzinə suda və ya buxarda bişmiş qidalar seçilməlidir. Səhər yeməyi gün boyu toxluq hissini qorumaq üçün zülal və liflə zəngin olmalıdır. Gün ərzində itirilən suyun bərpası üçün iftarla səhər yeməyi arasında kifayət qədər su içilməlidir”.

Validə Şıxıyeva əlavə edib ki, şirniyyat və şəkərli içkilərdən mümkün qədər uzaq durmaq məsləhətdir:

“Qidalanmada ölçü gözlənilərsə, Ramazan ayını sağlam şəkildə başa vurmaq mümkündür”.

Firuzə 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
icma.az

1Mənbələr