AZ

İranda sənaye kompleksində güclü yanğın BAŞ VERDİ

İranda sənaye kompleksində güclü yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İranın cənubunda yerləşən Abadan şəhərindəki sənaye kompleksində yanğın qeydə alınıb.

İlkin məlumatlara görə, hadisə plastik xammal istehsalı ilə məşğul olan zavodun ərazisində baş verib.

Hazırda yanğının söndürülməsi üçün əraziyə xilasetmə qüvvələri cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar və ya dəymiş ziyanın miqdarı barədə hələlik dəqiq məlumat verilmir.

Yanğının başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
interpress.az

1Mənbələr