AZ

Bozo illər əvvəlki fotosu ilə gündəm oldu

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Məhşur “Yeraltı” serialının baş rol aktyoru Uraz Kaygılaroğlunun fiziki dəyişimi gündəm yaradıb. 

“Unikal” xəbər verir ki, sözügedən serialda “Bozkurt Hanoğlu” obrazını canlandıran aktyor 140 kq olduğu dövrdən bu günə qədər keçirdiyi radikal kilovermə prosesini ilk dəfə açıqlayıb. O, fiziki dəyişimin yalnız pəhriz nəticəsi olmadığını, eyni zamanda dərin psixoloji mübarizə tələb etdiyini bildirib.

Belə ki, Kaygılaroğlu, karyera məqsədləri və istədiyi rolları almaq üçün iki il davam edən intizamlı proqramla arzuladığı görünüşə çatdığını deyib.

Həmçinin, aktyor bildirib ki, arıqladıqca motivasiyasının artmasına baxmayaraq depressiv dövrlər və qısa müddətli kilo artımlarını da yaşadığını etiraf edib.

Ayxanım Məlikova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
unikal.az

2Mənbələr