AZ

Oyuna başqa komandanın forması ilə çıxdılar - “İmişli” klubu cərimələndi

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi “İmişli” Futbol Klubunu cərimələyib.

QOL.az-ın xəbərinə görə, bu barədə komitənin bu gün açıqlanan qərarında bildirilib.

Qərarda qeyd edilib ki, 22 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən “İmişli” PFK - “Hacıqabul” (Şərq) oyununda “İmişli” PFK komandası meydana başqa komandaların formaları və nömrəsi olmayan formalar ilə gəlib.

Bu səbəbdən “İmişli” PFK 500 AZN məbləğində cərimə edilib. Kluba bu halın növbəti dəfə təkrarlanacağı halda yarışdan (U-13 - red.) kənarlaşdırılması ilə bağlı xəbərdarlıq edilib.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr