AZ

AFFA “Kəpəz”in 88 nömrəli oyunçusunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

“Sabah” – “Kəpəz” matçının 90+8-ci dəqiqəsində “Kəpəz”in 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb. Gəncə təmsilçisi isə 1000 manat cərimə edilib.


Telegram kanalımız
Seçilən
13
4
yenisabah.az

8Mənbələr