AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXI turunda baş verən qayda pozuntularına görə "Şamaxı" və "Kəpəz" klublarını cərimələyib. Metbuat.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub."İmişli" - "Şamaxı" oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib. "Sabah" "Kəpəz" matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.Bu səbəbdən oyunçu 2 matçlıq diskvalifikasiya edilib, "Kəpəz" klubu isə 1000 manat məbləğində cərimələnib.