AZ

Baxçalının Ərdoğana yaş günü hədiyyəsi diqqət çəkib Maraqlı detallar

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 72-ci doğum günü münasibətilə ona xüsusi hədiyyələr təqdim edib.

MHP-dən yayılan açıqlamaya görə, Ərdoğanın 72 yaşı tamam olması münasibətilə ona 72 ədəd qızılgüldən ibarət gül dəstəsi göndərilib.

Bununla yanaşı, xüsusi dizayn edilmiş bədii tablo da hədiyyə olunub. Bildirilib ki, tək nüsxədə hazırlanan tabloda İslam ölkələrinə aid xəritə lazer oyma üsulu ilə işlənib. Xəritənin yuxarı hissəsində “Allah (C.C.)”, aşağı hissəsində isə Həzrəti Məhəmmədin adı yer alıb. Xəritənin daxilində “Fəth” surəsinin 1-ci və 2-ci ayələri həkk olunub, künclərində isə dörd xəlifənin adları qeyd edilib.

Tablonun üzərində Anadolu türk naxışları lazer üsulu ilə işlənib, zirkon daşlarla bəzədilib və zərgərlik sənəti ilə metal qatlar şəklində hazırlanıb. Əsər xüsusi mine boyama üsulu ilə rənglənərək bədii taxta çərçivə içərisində təqdim edilib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr