AZ

Manatla pul kütləsində artım qeydə alınıb

2026-cı ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin müvafiq dövrünə nəzərən 10,2 faiz artaraq 38 308,7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 125,1 milyon manat artaraq 3 136,7 milyon manat təşkil edib.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunan qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.

Seçilən
11
vergiler.az

1Mənbələr