AZ

Elgün Məhəmmədəlizadə 237 minlik komputer və noutbuk alır

“Aqrar Tədarük və Təchizat” ASC İnformasiya texnologiyaları avadanlıqlarına 237 000 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, satışı “Azimut Təchizat” MMC həyata keçirəcək.

 

ASC və MMC arasında müvafiq müqavilə bağlanıb. Buraya komputerlər, noutbuklar, monitorlar, maus qurğuları, fotoaparat və s. daxildir.

 

Qeyd: ASC-nin rəhbəri Elgün Məhəmmədəlizadədir.

 

Cabir

Tarix: 26 Fevral 2026, 13:44   
Seçilən
45
pravda.az

1Mənbələr