AZ

Kuba DİN: Qayıqda saxlanılanlar terror niyyətində olduqlarını etiraf ediblər

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Terror məqsədləri ilə əraziyə girmək niyyətində olan 10 silahlı şəxs olub"

Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, çərşənbə günü Kuba ərazi sularına daxil olan Amerika nömrə nişanlı qayıqda saxlanılanlar terror niyyətində olduqlarını etiraf ediblər. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Müəyyən edilib ki, zərərsizləşdirilən Florida qeydiyyat nömrəsi FL7726SH olan sürət qayığında saxlanılanların ilkin ifadələrinə görə, terror məqsədləri ilə əraziyə girmək niyyətində olan 10 silahlı şəxs olub", DİN-in “Facebook” səhifəsindəki paylaşımında qeyd olunub.

DİN açıqlayıb ki, qayıqda saxlanılanların hamısı ABŞ-da yaşayan kubalılardır. Ölənlərdən biri də kubalıdır.

DİN-in açıqlamasında "Onların əksəriyyətinin cinayətkar və zorakı fəaliyyət tarixçəsi var", - deyə bildirilib.

Həmçinin qeyd olunub ki, qalan üç qurbanın şəxsiyyətini müəyyən etmək üçün iş aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
ayna.az

1Mənbələr