AZ

Nəriman Kolambus Kryu nun düşərgəsinə nə vaxt qoşulacaq? ABŞ dan proqram göndərilib Açıqlama

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Qarabağ"dan "Kolambus Kryu" klubuna transferindən 2 həftədən artıq vaxt keçib. Lakin 21 yaşlı forvard hələ MLS komandasının düşərgəsinə qoşulmayıb.

Axundzadə hazırda Bakıdadır və sənədləşmə işlərinin başa çatmasını gözləyir. Onun ABŞ-a gedişi nə vaxt reallaşacaq? Yubanmanın futbolçuya hər hansı mənfi təsiri ola bilər? Suallarımızı Nərimanın meneceri Tural Əsgərova ünvanladıq. O,Publika.az-a açıqlamasında bunları deyib:

"Prosesin yekunlaşmasını vaxt olaraq bu ayın sonu və ya gələn ayın əvvəli üçün deyiblər. Ümid edirik ki, o vaxta kimi həll olunacaq.

Nərimanın özünə gəlincə, hər hansı xüsusi narahatlıq yoxdur. Məşqlərini davam etdirir, vizasını gözləyir. "Kolambus Kryu"dan da ona proqram veriblər. Onun əsasında hazırlıqlarını davam etdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr