AZ

Üçüncü raund başlayır...

Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu Cenevrədə başlayır.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki, İran nümayəndə heyəti Cenevrədəki Omanın diplomatik missiyasına gəlib.

İran nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Abbas Əraqçi, siyasi işlər üzrə nazir müavini Məcid Təxt-Rəvançi, hüquqi və beynəlxalq işlər üzrə nazir müavini Kazem Qəribabadi və İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi daxildir. 

Danışıqlarda MAQATE-nin baş direktoru Rafael Qrossi iştirak edir.

 

Seçilən
1
unikal.az

1Mənbələr