Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu Cenevrədə başlayır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İran nümayəndə heyəti Cenevrədəki Omanın diplomatik missiyasına gəlib.
İran nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Abbas Əraqçi, siyasi işlər üzrə nazir müavini Məcid Təxt-Rəvançi, hüquqi və beynəlxalq işlər üzrə nazir müavini Kazem Qəribabadi və İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi daxildir.
Danışıqlarda MAQATE-nin baş direktoru Rafael Qrossi iştirak edir.