BAKI, 26 fevral. TELEQRAF
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, diplomat bu barədə "X" platformasında yazıb.
"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı Soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik",-deyə paylaşımda qeyd edilib.