Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib.
“26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik”, – paylaşımda vurğulanıb.