AZ

Paşinyanın Azərbaycanla bağlı çağırışına Rusiyadan şərh gəldi

BAKI, 26 fevral. TELEQRAF

“Rusiya Dəmir Yolları” regionda kommunikasiyalar yenidən açıldıqdan sonra da Ermənistanda fəaliyyətini davam etdirə bilər”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Konstantin Tasits “Sputnik Ermənistan”a deyib.

Ekspert bildirib ki, “Rusiya Dəmir Yolları” Ermənistan dəmir yollarının konsessiya üzrə idarəedicisi kimi (öz törəmə müəssisəsi “Cənubi Qafqaz Dəmir Yolu” vasitəsilə) konsessiya müqaviləsində nəzərdə tutulmuş bütün öhdəlikləri yerinə yetirib. 2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri əhəmiyyətli investisiyalar qoyulub.

“Düşünürəm ki, yeni şərtlər daxilində, kommunikasiyalar açıldıqca, Rusiya tərəfi əməliyyatları davam etdirməyə və nəqliyyat xidmətləri göstərməyə açıqdır”, - Tasits bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Ermənistan dəmir yollarının güzəştli idarəçiliyini İrəvan və Moskvaya dost olan ölkəyə satmağı təklif etmişdi. O, həmçinin bu kontekstdə 1990-cı illərin əvvəllərindən bəri fəaliyyətsiz olan Azərbaycan və Türkiyə ilə dəmir yollarının Rusiya tərəfindən bərpası məsələsini qaldırmışdı.

“Ermənistan Dəmir Yolu” 2008-ci ilin fevral ayında daha 10 il uzatmaq hüququ ilə 30 il müddətinə “Cənubi Qafqaz Dəmir Yolu”nun idarəçiliyinə verilib.

Seçilən
23
teleqraf.com

1Mənbələr