AZ

Tayvanın Aİ-yə investisiyalarının həcmi on il ərzində 7,5 dəfə artıb

Tayvan şirkətlərinin son on ildə Avropa İttifaqına (Aİ) yatırdıqları investisiyaların həcmi təxminən 13,88 milyard dollar təşkil edib. Bu göstərici 2006–2015-ci illərlə müqayisədə 650% (7,5 dəfə) çoxdur. Həmin dövrdə investisiyaların həcmi 1,85 milyard dollar olmuşdu. Bu barədə “Focus Taiwan” nəşri Tayvanın Beynəlxalq Ticarət Administrasiyasının (ITA) məlumatlarına istinadən xəbər verir.

COVID-19 pandemiyasına qədər Tayvanın Aİ-yə investisiyaları nisbətən məhdud idi. Çünki tayvanlı şirkətlər əsasən vəsaitlərini Çin və Cənub-Şərqi Asiyaya yönəldirdilər. Təchizat zəncirlərinin şaxələndirilməsi, risklərin bölüşdürülməsi və qlobal inteqrasiya fonunda digər bazarların mənimsənilməsi prosesi başlayıb. Qəzet yazır ki, postpandemiya dövründə Aİ ilə əməkdaşlıq həm məzmun, həm də qarşılıqlı əlaqə səviyyəsi baxımından daha da güclənib və onun miqyası genişlənməkdə davam edir.

Hazırda Aİ Tayvanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə tərəflər arasında ümumi ticarət dövriyyəsi 68,64 milyard dolları ötüb. Eyni zamanda Aİ Tayvan üçün ən böyük xarici investisiya mənbəyinə çevrilib.

Tərəflər arasında ticarət həcmi pandemiyanın başlanmasından bir il sonra — 2021-ci ildə 32,51% artaraq 68,76 milyard dollara çatıb.

Seçilən
19
1
banker.az

2Mənbələr