AZ

ÇL-in bütün 1/8 finalçıları, potensial cütləri

style='margin-bottom:10px;'>

Çempionlar Liqasında pley-off mərhələsindən 1/8 finala adlayan komandalar müəyyənləşib. 

QOL.az xəbər verir ki, “Nyukasl” (İngiltərə) “Qarabağ”ı (Azərbaycan), “Qalatasaray” (Türkiyə) “Yuventus”u (İtaliya), Bodo-Qlimt” (Norveç) “İnter”i (İtaliya), “Atletiko” (İspaniya) Brügge”ni (Belçika), “Bayer” (Almaniya) “Olimpiakos”u (Yunanıstan), PSJ (Fransa) “Monako”nu (Fransa), “Atalanta” (İtaliya) “Borussiya”nı (Dortmund, Almaniya), “Real” (İspaniya) isə “Benfika”nı (Portuqaliya) mübarizədən kənarlaşdırmaqla buna nail olub. 

Sözügedən klublar 1/8 finalda Liqa mərhələsindən birbaşa bu mərhələyə yüksələn komandalara rəqib olacaqlar. 

Liqa mərhələsindən birbaşa 1/8 finala yüksələnlər: “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə)

ÇL-in reqlamentinə əsasən, hər komandanın 2 potensial rəqibi var. Potensial cütlər aşağıdakı kimidir:

“Arsenal” - “Atalanta” və “Bayer”

“Liverpul” - “Qalatasaray” və ya “Atletiko”

“Bavariya” - “Bayer” və ya “Atalanta”

“Tottenhem” - “Qalatasaray” və ya “Atletiko”

“Barselona” - “Nyukasl” və ya PSJ

“Çelsi” - PSJ və ya “Nyukasl” 

“Sportinq” - “Real” və ya “Bodo-Qlimt”

“Mançester Siti” - “Real” və ya “Bodo-Qlimt”

“Nyukasl” - “Çelsi” və ya “Barselona”

“Atletiko” - “Liverpul” və ya “Tottenhem”

“Bodo-Qlimt” - “Mançester Siti” və ya “Sportinq”

“Atalanta” - “Arsenal” və ya “Bavariya”

“Real” - “Mançester Siti” və ya “Sportinq” 

“Qalatasaray” - “Liverpul” və ya “Tottenhem”

PSJ - “Barselona” və ya “Çelsi”

“Bayer” - “Bavariya” və ya “Arsenal”

Qeyd edək ki, 1/8 finalın püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

Seçilən
12
3
teleqraf.com

4Mənbələr