AZ

Bütün 1/8 finalçılar və potensial cütlər - Çempionlar Liqasında

Çempionlar Liqasında pley-off mərhələsindən 1/8 finala adlayan komandalar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Nyukasl” (İngiltərə) “Qarabağ”ı (Azərbaycan), “Qalatasaray” (Türkiyə) “Yuventus”u (İtaliya), Bodo-Qlimt” (Norveç) “İnter”i (İtaliya), “Atletiko” (İspaniya) Brügge”ni (Belçika), “Bayer” (Almaniya) “Olimpiakos”u (Yunanıstan), PSJ (Fransa) “Monako”nu (Fransa), “Atalanta” (İtaliya) “Borussiya”nı (Dortmund, Almaniya), “Real” (İspaniya) isə “Benfika”nı (Portuqaliya) mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Sözügedən klublar 1/8 finalda Liqa mərhələsindən birbaşa bu mərhələyə yüksələn komandalara rəqib olacaqlar.

Liqa mərhələsindən birbaşa 1/8 finala yüksələnlər: “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə)

ÇL-in reqlamentinə əsasən, hər komandanın 2 potensial rəqibi var. Potensial cütlər aşağıdakı kimidir:

“Arsenal” - “Atalanta”/"Bayer”

“Liverpul” - “Qalatasaray”/“Atletiko”

“Bavariya” - “Bayer”/“Atalanta”

“Tottenhem” - “Qalatasaray”/ "Atletiko”

“Barselona” - “Nyukasl” / PSJ

“Çelsi” - PSJ / "Nyukasl”

“Sportinq” - “Real” / "Bodo-Qlimt”

“Mançester Siti” - “Real” / "Bodo-Qlimt”

“Nyukasl” - “Çelsi”/ “Barselona”

“Atletiko” - “Liverpul”/ "Tottenhem”

“Bodo-Qlimt” - “Mançester Siti”/"Sportinq”

“Atalanta” - “Arsenal”/"Bavariya”

“Real” - “Mançester Siti”ə/Sportinq”

“Qalatasaray” - “Liverpul”/“Tottenhem”

PSJ - “Barselona"/Çelsi”

“Bayer” - “Bavariya” / "Arsenal”

1/8 finalın püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Seçilən
1
3
sportinfo.az

4Mənbələr