AZ

Zelenski müharibəyə son qoymağın yeganə yolunu GÖSTƏRDİ

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və baş məsləhətçisi Cared Kuşner Zelenski ilə Tramp arasında telefon danışığında iştirak ediblər. Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Ukrayna prezident administrasiyası Vladimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı aparıldığını təsdiqləyib. Danışıqda amerikalı nümayəndələr Stiven Uitkoff və Cared Kuşnerin də iştirak etdiyi bildirilib.

Axşam saatlarında yayılan açıqlamaya görə , Ukrayna prezidenti ölkəsinin  2025-ci ilin iyul ayında NATO-nun himayəsi altında bir neçə ölkə tərəfindən Kiyev üçün birgə Amerika silahları almaq üçün yaradılan "PURL" təşəbbüsünün" həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

  Mətndə deyilir: "Bu qış ölkəmiz üçün ən çətin qışdır, lakin Ukraynanın ABŞ-dan ala biləcəyi hava hücumundan müdafiə sistemləri üçün raketlər bütün bu çətinliklərin öhdəsindən gəlməyə və insanların həyatını qorumağa böyük töhfə verir" .

İki prezident həmçinin mart ayında keçirilməsi gözlənilən (ABŞ-Rusiya-Ukrayna) üçtərəfli formatda tam danışıqlar qruplarının növbəti görüşünə hazırlıq məqsədilə Cenevrədə nümayəndələri arasında keçirilməsi planlaşdırılan ikitərəfli danışıqları müzakirə ediblər.

V.Zelenski diqqətə çatdırıb :"Ukrayna ümid edir ki, bu görüş liderlik səviyyəsində danışıqları irəli aparacaq. Donald Tramp bu yanaşmanı dəstəkləyir".

V.Zelenski ABŞ prezidenti ilə müzakirəsi zamanı qeyd edib:

"Bütün bu mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yolu budur".

Seçilən
28
24
bakivaxti.az

10Mənbələr