AZ

Piter Navarro "Apple"ın baş icraçı direktorunu ittiham etdi

Bakı. Trend:

Piter Navarro, "Apple"ın baş icraçı direktoru Tim Kuki istehsalprosesini ABŞ-yə köçürmək barədə yalan danışmaqda ittiham edib.

Trend xəbər verirki, bu barədə "New York Post" yazıb.

Navarronun sözlərinə görə, Donald Trampın ilk prezidentliyidövründə Tim Kuk “iPhone” istehsalının Çindən ABŞ-yə köçürüləcəyinivəd etsə də, bu baş verməyib. O əlavə edib ki, şirkət rəhbəri eynimövqeni yenidən səsləndirir.

Bundan əvvəl Tim Kuk “Apple”ın ABŞ-də istehsala sadiq olduğunuvə ilin sonunda Hyustonda “Mac mini” kompüterlərinin istehsalınabaşlanacağını açıqlamışdı.

Qeyd olunur ki, Donald Tramp ABŞ-dən kənarda istehsal olunan“iPhone”lara 25 faiz rüsum tətbiq edəcəyini bəyan etmişdi. HazırdaAppleın əsas istehsal müəssisələri Çin, Hindistan və Vyetnamdayerləşir.

Bəzi hesablamalara görə, istehsalın ABŞ-yə köçürülməsi“iPhone”un yerli bazarda qiymətini təxminən üç dəfə artırabilər.

Seçilən
49
az.trend.az

1Mənbələr