AZ

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının otağında diqqət çəkən maketlər



"Rusiya Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin ehtimal ki, xidməti otağından çəkilən bu şəkil mənim diqqətimi cəlb etdi. Şəkildə bir neçə döyüş təyyarəsinin maketi əks olunub. Onlar Su 25, Su 35, J 10, JF 17, böyük ehtimalla F 35 - ə bənzərliyi ilə seçilən Shenyang J 35 və Baykarın Kızılelma pilotsuz döyüş təyyarəsidir. Hərbi praktikadan bəlli olduğu kimi strateji bir qrumun rəhbərinin otağında bəzək olsun deyə bu tip maketlər olmaz. Hesab edirəm ki, məhz o kiçik maketlərdə yer alan bəzi döyüş təyyarələri gələcək illərdə hərbi hava qüvvələrinin silahlanmasına daxil edilə bilər".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, onlardan JF 17 və Su 25 silahlanmada mövcuddur:

"Bununla yanaşı Azərbaycanın Çindən J 10 və Rusiyadan Su 35 təyyarələrinin alınmasında maraqlı olduğu müxtəlif vaxtlarda bildirilib. Baykar istehsalı Kızılelma isə ixraca hazır olduğu zaman heç şübhəsiz ki, onun ilk müştərilərindən biri Azərbaycan olacaq. Eyni zamanda, hava qüvvələrinin keyfiyyət etibarilə gələcək illərdə 5 - ci nəsil aviasiya vasitələrinə keçidində J 35 kimi platformalar mühüm rol oynaya bilər. Onsuz da bazarda alternativ çox azdı".

Pərviz Mirizadə qeyd edib ki, Qərb ölkələrində bu tip 5 - ci nəsil döyüş təyyarələrini istehsal edən yeganə ölkə Birləşmiş Ştatlardır və onlardan gələcək perspektivlər üçün F 35 kimi təyyarələr almaq imkanları çox aşağıdır:

"Həm də bu alım texniki və maliyyə cəhətdən bizim hava qüvvələrinə uyğun deyil. Təbii ki, ardıcıl modernizasiya tədbirlərini nəzərə alsaq qeyd etdiklərimin reallaşma ehtimalı olduqca yüksəkdir. Heç şübhə etmirəm ki, Azərbaycan Hərbi Hava Qüvvələri gələcək illər üçün təyyarə parkını daha da genişləndirəcək".

Süleyman
Seçilən
20
newscenter.az

1Mənbələr