AZ

Macarıstan Ukraynanın 800 minlik orduya sahib olmasını istəmir



Macarıstan Ukraynaya etimad göstərmir və qonşu ölkənin Rusiya ilə münaqişə bitdikdən sonra 800.000 nəfərlik ordusunu saxlamasını istəmir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib. O qeyd edib ki, bu məsələlər Avropa ilə Rusiya arasında yeni təhlükəsizlik müqaviləsi çərçivəsində həll olunmalıdır.

"Mövcud Avropa təhlükəsizlik sistemi məhv edilib"və buna görə də gec-tez Aİ liderləri Rusiya ilə danışıqlar masasına oturmalı olacaqlar. Biz mütləq Rusiya-Avropa təhlükəsizlik müqaviləsi bağlamalıyıq və bu müqavilə çərçivəsində silahlı qüvvələrin səviyyələrinə məhdudiyyətlər qoymalıyıq", - deyə Orban bildirib.

Baş nazir qeyd edib ki, bu məhdudiyyətlər Ukraynaya da şamil edilməlidir:

"Mən 800.000 nəfərlik Ukrayna ordusunun olmasını istəmirəm, çünki bu, bizim üçün təhlükə yarada bilər. Tarixdə ukraynalılara etibar etməyim üçün tək bir səbəb tapa bilmirəm. Əgər kimsə belə bir səbəb bilirsə, xahiş edirəm mənə bildirin".

Orbanın sözlərinə görə, Ukrayna ordusunun mümkün qədər kiçik olması və bu ölkənin silahlı qüvvələri üzərində nəzarət mexanizmlərinin olması Macarıstanın da maraqlarına uyğundur.

Süleyman
Seçilən
51
1
newscenter.az

2Mənbələr