AZ

Ukraynadan Avropaya üzən zibil

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynadan Macarıstana Tisa çayı vasitəsilə böyük miqdarda zibil üzür.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər yayılıb.

Çayda buzun əriməsindən sonra ağac qırıntıları və məişət tullantıları Macarıstan ərazisinə doğru hərəkətə başlayıb. Hətta zibil o qədər çoxdur ki, çayın üzünü tamamilə örtüb.

Qeyd edək ki, Tisa çayı mənbəyini Zakatpatyedən götürür. Müəyyən ərazilərdə çay Ukraynanın Rumıniya və Macarıstanla sərhədlərini müəyyənləşdirir.

Yeri gəlmişkən, Tisa Rusiya ilə müharibə başlayandan sonra məşhurlaşıb. Belə ki, hərbi səfərbərlikdən yayınmağa çalışan və bu məqsədlə üzməklə Macarıstana keçmək istəyən onlarla ukraynalı gənc Tisada boğulub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
525.az

1Mənbələr