AZ

TƏCİLİ: ABŞ hərbi donanması bu ölkəyə daxil oldu Atışma başladı, ölənlər var

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ bayrağı altında üzən gəmi Kubanın ərazi sularına daxil olaraq atəş açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin Villa Klara əyalətində, El Pino kanalı yaxınlığında qeydə alınıb. FL7726SH qeydiyyat nömrəli qayığın sərhəd pozuntusu etdiyi və Kuba sərhədçiləri tərəfindən saxlanıldığı vurğulanır.

Nazirliyin məlumatına əsasən, beş sərhədçidən ibarət qrup qaydaları pozan gəmini ələ keçirməyə çalışarkən atışma baş verib. Toqquşma nəticəsində qarşı tərəfdən dörd nəfərin öldüyü, altı nəfərin isə yaralandığı bildirilir.

Yaralananlar təxliyə olunaraq tibbi yardım alıblar.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
globalinfo.az

3Mənbələr