ABŞ bayrağı altında üzən gəmi Kubanın ərazi sularına daxil olub.
Publika.az xəbər verir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə ölkənin Villa Klara əyalətində, El Pino kanalı yaxınlığında qeydə alınıb.
Floridada qeydiyyatdan keçdiyi bildirilən katerin göyərtəsində olan şəxslər kubalı hərbçilərə atəş açıblar. Qarşı tərəfin cavab atəşi nəticəsində katerdə olan dörd ABŞ vətəndaşı ölüb, daha altı nəfər yaralanıb.