AZ

UEFA “Benfika”nın tələbini rədd etdi

UEFA rəsmi saytı vasitəsi ilə “Benfika”nın yarımmüdafiəçi Canluka Prestianninin müvəqqəti cəzalandırılması ilə bağlı apellyasiyasını rədd etdiyini açıqlayıb. Prestianni Çempionlar Liqasının pley-off mərhələsinin “Real”a qarşı bir neçə dəqiqə sonra başlayacaq oyununu buraxacaq.
Qitə futbol qurumunun saytında yer alan xəbərdə deyilir: “Benfika” Futbol Klubu tərəfindən verilən apellyasiya rədd edildi. Nəticə etibarilə, UEFA Nəzarət, Etika və İntizam Orqanının 23 fevral 2026-cı il tarixli qərarı qüvvədə qalır. Canluka Prestianni müvəqqəti olaraq oynamaq hüququ qazanacağı növbəti UEFA klub yarışından kənarlaşdırılıb”.

Seçilən
13
1
football-plus.az

2Mənbələr