"Mən ətrafa diqqət etmədim, oturmuşdum, nə bilim başqaları nə edir. Mən Allahdan vaxt arzu edirəm, bir az planlarım var. Mənim 2025-ci ildə iki kitabım çıxdı. İraq tədqiqatçısı Şəmsəddin Kuzəçi haqqında "Kərkük pərvanəsi" kitabım 3 günə çap olunacaq. Mənim bu saat kitabım Hindistanda ingiliscəyə tərcümə olunur. Üç gün bundan qabaq Nəsimi haqqında kitabım İranda ərəb əlifbası ilə çap olunub, mənə yeni çatıb. Mən işlə, elmlə məşğulam. İndi görürsən ki, adama sataşanlar da olur. Mənim kitabım dövlət mükafatına verilib. O saat hiss olunur ki, istəməyənlər də var. And içirəm Allaha ki, gözümə işıq saldılar. Nə biləydim ki, mənim şəklimi çəkirlər. Onsuz da mən yaxşı baxa bilmirəm, gözlərimi qıyıram. Verilişə də dəvət edirlər, əvvəldən-axıra qədər çıxış edirəm, amma sonra baxıram ki, gözüm yumulu düşüb. Ona görə, demişəm ki, daha verilişə də getməyəcəyəm. İndi bundan istifadə edib şəklimi çəkiblər".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta