AZ

"TRT Avaz" Bakıdakı mənzərədən süjet hazırladı: Burada hamı qazanır - VİDEO

Bakıda fəaliyyət göstərən restoranlardan biri Türkiyədə də maraq doğurub.

Ölkə.Az xəbər verir ki, buna səbəb “Düşbərə evi” adlanan restoranın xeyriyyə məqsədilə fəaliyyət göstərməsidir.

Belə ki, sosial sahibkarlıq restoranında gəliri olmayan ev qadınları yemək bişirir, servisdə isə gündəlik xərcini çıxarmaq istəyən tələbələr çalışır. 

Restoran həm imsak, həm də iftar saatlarında fəaliyyət göstərir. Məlumata görə, burada tələbə və yetimlər üçün ödənişsiz yemək verilir.

Həmçinin bildirilib ki, əldə olunan gəlir yetim və kimsəziz uşaqların xərclərinin qarşılanmasına sərf olunur. 

Layihə koordinatoru Yeganə Mirzəyeva söyləyib ki, əsas məqsəd islam dəyərlərini gələcək nəsillərə ötürməkdir. 

Türkiyənin “TRT Avaz” və "TRT Haber" televiziyaları sözügedən müəssisə haqqında süjet hazırlayıb.

Qeyd edək ki, sosial sahibkarlıq restoranının əsas məqsədi yalnız qazanc əldə etmək deyil, həm də ictimai fayda yaratmaqdır.

Billurə

Seçilən
13
1
olke.az

2Mənbələr