AZ

Şəhidimiz Cəmil Xələfovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cəmil  Xələfov 1997-ci il fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 8 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Cəmil Xələfov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!

Seçilən
34
qht.az

1Mənbələr