AZ

YAP Nəsimi rayon təşkilatı tələbələrlə görüş keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Azadlıq prospekti 20” ünvanı üzrə (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ərazi partiya təşkilatında görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, YAP İdarə Heyətinin üzvü, ADNSU-nun strateji məsələlər üzrə prorektoru Vazeh Əskərov, ADNSU-nun dekanı Fərid Ağayev, ərazi partiya təşkilatının sədr müavini Tamilla Naibova çıxış ediblər.

Çıxışlarda partiyanın yaranma tarixi, keçdiyi şərəfli inkişaf yolundan bəhs edilib. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə mürəkkəb ictimai-siyasi şəraitdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaradıldığı və qısa müddətdə ümumxalq partiyasına çevrildiyi qeyd edilib. 

Bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi və milli maraqların qorunması istiqamətində mühüm nailiyyətlər əldə edir.

Daha sonra təşkilati məsələlərə baxılıb. ADNSU-nun tədris məsələləri üzrə prorektoru Rza Məmmədov ərazi partiya təşkilatının sədri seçilib.

Sonra YAP sıralarına yeni qəbul olunan tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Seçilən
15
50
unikal.az

10Mənbələr