AZ

"Azərbaycan benzininə tələbat yüksək olaraq qalır" - Erməni nazir

Ermənistanda Azərbaycan benzininə tələbat yüksək olaraq qalır. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. 

Onun sözlərinə görə, Azərbaycan benzin ehtiyatları tükəndikdə bazarda digər növlərin qiymətləri artmağa başlayır: "Yanacaq idxal olunmazdan əvvəl Ermənistanda adi benzinin qiyməti 500-520 dram arasında dəyişirdi".

Nazir həmçinin Ermənistan və Azərbaycan arasında mümkün ticarət-iqtisadi əməkdaşlığa da toxunub. O bildirib ki, tərəflər qarşılıqlı olaraq bir-birinin bazarlarına tədarük edilə biləcək malların siyahılarını təqdim ediblər. 

Ağarza Elçinoğlu

Seçilən
15
1
unikal.az

2Mənbələr