"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən bildirilib.
Bildirilib ki, proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğludur.