AZ

İran Prezidenti tələbə etirazçıları ilə dialoqa hazır olduğunu bildirib



İran Prezidenti Məsud Pezeşkian tələbə etirazçıları ilə dialoqa hazır olduğunu bildirib.

Newscenter.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Prezident bildirib ki, İran hakimiyyəti universitetlərdə etiraz edən tələbələrin tələblərinə cavab verməyə hazırdır.

"Əgər kimsə etiraz edərsə, etirazlarını bildirə bilərlər. Etirazlar sosial həyatın dinamizminin əlamətidir və biz universitetlərə baş çəkməyə və tələbələrlə birbaşa ünsiyyət qurmağa hazırıq", - deyə Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, "hökumət üzvləri universitetlərdə iştirak etməli və dialoq atmosferini gücləndirməlidirlər:

"Bizim vəzifəmiz etirazçıları dinləmək və məsələlərin və problemlərin həlli üçün tədbirlər görməkdir".

Süleyman
Seçilən
19
1
newscenter.az

2Mənbələr