AZ

Tramp tələsir, Putin isə geri çəkilmir

ABŞ prezidenti Donald Tramp bu ilin 4 iyuluna kimi - ABŞ Müstəqilliyinin 250 illiyinə qədər Ukraynada sülh razılaşmasına nail olmaq istəyir.

Adalet.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb. Lakin agentlik onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin güzəştə getməyə və təklif olunan şərtlərlə razılaşmağa hazır olduğuna dair heç bir əlamət və ya siqnal yoxdur.

Rusiya, Ukrayna, ABŞ danışıqları artıq bir neçə dəfə dayandırılıb və hətta bir neçə yüksək vəzifəli Amerika nümayəndəsi şəxsi söhbətlərində Putinin tələblərindən imtina etməyə hazır olduğuna dair heç bir əlamət görmədiklərini etiraf ediblər. Bu il Əbu-Dabi və Cenevrədə keçirilən üçtərəfli danışıqların üç raundu heç bir əhəmiyyətli nəticəyə gətirib çıxarmayıb. Eyni zamanda, Ukraynanın Avropa müttəfiqləri danışıqlar prosesindən təcrid olunmuş vəziyyətdə qalmaqda davam edirlər, baxmayaraq ki, ABŞ prezidenti Trampın Ukraynaya Amerika yardımını dayandırmasından sonra əsasən Kiyev üçün silah və sursat alınması prosesini maliyyələşdirənlər onlardır. Danışıqlar formal olaraq davam etsə və "konstruktiv" adlandırılsa da, əslində onlar çıxılmaz vəziyyətə düşüblər.

Məqalədə deyilir ki, “Moskva və Vaşinqton ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff və müşaviri Cared Kuşnerin rəhbərlik etdiyi danışıqlarda kimin birinci təslim olacağı uğrunda rəqabət aparırlar. Bu o deməkdir ki, ya Rusiya bütün Donbas üzərində nəzarətin qurulması da daxil olmaqla, bəzi “qırmızı xətlər”indən imtina etməli olacaq, ya da ABŞ Ukraynadan imtina edəcək”.

Qeyd olunur ki, Ukrayna və müttəfiqləri üçün əsas məsələ Putinin rəsmi olaraq atəşkəsə razılıq verə bilməsi və Trampın uğur qazandığını elan etməsinə imkan verməsidir. Bununla belə, atəşkəsə razılaşsa da, Rusiyanın hibrid müharibəsini və təxribat kampaniyasını davam etdirəcəyi güman olunur.

Agentliyin məlumatına görə, nəticə birdir: Putin Rusiyada hakimiyyətdə olduğu və rusların müharibəni davam etdirmək üçün vasitələri olduğu müddətcə, bu, davam edəcək. Hətta davamlı maliyyə və iqtisadi problemlər belə Kremli əhəmiyyətli güzəştlərə getməyə məcbur edə bilməyəcək./Modern.az


Seçilən
9
6
adalet.az

7Mənbələr