AZ

“Epşteyn işi ilə bağlı onlarla sənəd açıqlamayıb” CNN

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ-ın Ədliyyə Nazirliyi pedofil maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı onlarla şahidin dindirilməsinə dair protololları açıqlamayıb”.

525.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, dəlillər siyahısına təxminən 325 Federal Təhqiqat Bürosunun (FTB) qeydləri daxildir, lakin onlardan təxminən dörddə biri - 90 qeyd  Ədliyyə Nazirliyinin veb saytında açıqlanmayıb.

Məlumata görə, onların arasında Epşteynin 13 yaşından etibarən dəfələrlə cinsi təcavüzə məruz qoyduğu qadının üç dindirmə protokolu da var.  

ABŞ Ədliyyə Nazirliyinin sözçüsü isə öz növbəsində hər hansı sənədin silindiyini təkzib edib: "Biz heç nəyi silmədik və həmişə dediyimiz kimi, bütün müvafiq sənədlər dərc edilib".

O, nəşrə daxil olmayan sənədlərin ya təkrarlandığını, ya da davam edən araşdırmalarda istifadə edildiyini söyləyib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
525.az

1Mənbələr