AZ

Televiziyalarda ciddi islahatlar aparılmalıdır – Əks təqdirdə çox şey itirəcəyik

Telekanallarda “sosial” deyilən bir neçə proqramları bağlamaqla məsələ həll olunmur. Yəni pisi yox edib yerinə yaxşını yaratmayacağıqsa, heç nə dəyişməyəcək.

KONKRET.az xəbər verir ki, gərəkli proqramları yaratmaq üçün isə telekanallarımızda yetərli kadr potensialı varmı? Özəl TV-lərdəki hazırkı mövcud yaradıcı qruplar əsasən həmən “sosial” və şou yönümlü verilişləri hazırlamaq üçün formalaşıb. Yəni dediyim odur ki, elmi, maarifləndirici, intellektual yüklü proqramlar üçün başqa heyətlər lazımdır. Belə insanlar: peşəkar redaktorlar, prodüserlər, rejissorlar həmin kanallarda varmı? Cavab – xeyr. Çünki, daha əvvəllər, illər öncə bu şəxslər sevdikləri peşələrindən uzaqlaşmaq məcburiyyətində qalıb. Onların çoxu artıq başqa sahələrdə uğurlu fəaliyyətləri ilə seçilirlər.

“Verilişininiz filankəsin proqramı kimi sponsorları maraqlandırmır, reytinqiniz azdır, qalmaqal lazımdır” və s. kimi sözləri o qədər eşitmişik ki… İndi ilk növbədə tv-lərə  zövqlü, mədəni, mənəvi, intellektual yüklü proqramlar hazırlamaq üçün bu peşəkarları işə götürmək lazımdır. Bundan əvvəl isə TV-lər fəaliyyətlərində yeni strategiya, innovativ yanaşma, müasir kommersiya formaları tətbiq etməlidirlər. Məhz bu səbəbdən bizim teleməkanda hələ də 90-ların havası hökm sürür. Təsadüfi deyil ki, ölkəmizin son illər əldə etdiyi fundamental əhəmiyyətli irəliləyişlərin heç biri bu mühitdə hiss olunmur. Sakın deməyin ki, xalq nə istəyir, onu da göstəririk. Zatən son 15-20 ildə xalqın da zövqünü əsasən də bu tv-lər pis günə qoyub. Xalqa xalqın baxmalı olduğunu göstərmək lazımdır! Yəni 1-2 proqramı qapadıb bu işi bitmiş saymayın. Bu sahəyə cavabdeh qurumlar və şəxslər isə son günlər nəsə görünmürlər…

Azər Cabbarov,

KONKRET.az

Seçilən
24
1
konkret.az

2Mənbələr