AZ

Azəbaycanın ixrac qazancı: 40 milyard dollar

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib.

2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 4 milyard manata yaxın satış həyata keçirilib ki, bunun da 1,2 milyard manatlıq hissəsi ixracın payına düşür. 2024-cü illə müqayisədə istehsal 21,1%, ixrac 13,4% artıb. 

Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2025-ci ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edib.

Bəs ölkə ümumi ixracdan nə qədər gəlir əldə edir? 

İqtisadçı Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neft sənayesi üzərində qurub və xüsusilə də xaricə ixrac edilən məhsullların təxminən 85-90 %-i neft, neft-qaz kimi karbohidrat ehtiyatlarının satışı tutur:. 

“Azərbaycanın məhsul ixrac etdiyi ölkələr arasında ilk onluqda İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, İsrail və.s ölkələrdir. Rusiyaya daha çox kənd təsərrüfatı məhsulları ixrac olunur.  İxrac əməliyyatlarında Rusiya ikinci yerdədir.Azərbaycan ixracının əsasını neft, neft-qaz məhsulları, xam neft, dizel təşkil edir. Qalan 10-15% ixracı isə qeyri-neft sektorunun üzərinə düşür ki, burada əsas yeri kənd təsərrüfatı məhsulları tutur”. 

Ekspert  qeyd edir ki, Azərbaycanın xaricə ixrac etdiyi məhsullardan təxmini qazancı ümumi 38-40 milyard dollar civarındadır. Bunun təxminən 31-32 milyardı da neft sektorunun payına düşür. Təxminən 4-5 milyard dollar isə qeyri-neft sektorundan əldə edilir.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

sənaye zonaları Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr