2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib.
2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 4 milyard manata yaxın satış həyata keçirilib ki, bunun da 1,2 milyard manatlıq hissəsi ixracın payına düşür. 2024-cü illə müqayisədə istehsal 21,1%, ixrac 13,4% artıb.
Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2025-ci ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edib.
Bəs ölkə ümumi ixracdan nə qədər gəlir əldə edir?
İqtisadçı Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neft sənayesi üzərində qurub və xüsusilə də xaricə ixrac edilən məhsullların təxminən 85-90 %-i neft, neft-qaz kimi karbohidrat ehtiyatlarının satışı tutur:.

Ekspert qeyd edir ki, Azərbaycanın xaricə ixrac etdiyi məhsullardan təxmini qazancı ümumi 38-40 milyard dollar civarındadır. Bunun təxminən 31-32 milyardı da neft sektorunun payına düşür. Təxminən 4-5 milyard dollar isə qeyri-neft sektorundan əldə edilir.