AZ

İran iki ölkəyə yeni səfirlər göndərib

Bu barədə İranın "Mehr" xəbər agentliyiməlumatyayıb. Bildirilib ki, Məhəmməd Şeybani ölkəsinin 2022-ci ildən bəri Livandakı səfiri Müctəba Əmanini əvəzləyəcək. Məlumata əsasən, yeni səfir İsrail ilə Livanda fəaliyyət "Hizbullah" təşkilatı arasında müharibə dövründə də Tehranın bu ölkənin paytaxtı Beyrut şəhərində nümayəndəsi idi.

Məhəmməd Rza Rauf Şeybani həmçinin İranın 1991-1995-ci illərdə Kiprdə, 2004-2005-ci illərdə Misirdə səfiri vəzifəsində çalışıb. 2009-2011-ci illərdə isə xarici işlər nazirinin müavini işləyib.

Eyni zamanda, İranın Xarici İşlər Nazirliyinin 2022-2024-cü illərdə mətbuat katibi Nasir Kənani Tehranın Əlcəzairə yeni səfiri qismində göndərilib. Nasir Kənani də müxtəlif illərdə ölkənin diplomatik təşkilatında ali vəzifələr tutub.

Firudin Həmidli
AzVision.az
Seçilən
12
2
azvision.az

3Mənbələr