AZ

4 ay əvvəl direktor təyin edildi İşində qanunsuzluq aşkarlandı

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin "Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar" Məhdud Məsuliyyətli Cəmı̇yyəti (MMC) yeni direktoru cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yer təkindən qanunsuz istifadəyə görə MMC-nin qanuni təmsilçisi və direktoru İmanov Hidayət Ədalət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) protokol tərtib edib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, Babək rayonunun Nəhəcir kəndində (Qahab bələdiyyəsinin mülkiyyətində olan ərazidə) "Naxçıvan Yol Təmı̇r Tı̇kı̇nti İstı̇sma" MMC-yə qarışıq süxurun götürülməsinə icazə verilib. Amma MMC tərəfindən həmin ərazidə ayrılmış sahədən 3100 m2 kənara çıxılaraq 6665 m3 qarışıq süxur götürüb və heç bir icazə almadan yer təkindən qanunsuz istifadə edib.

Məhkəmənin qərarı ilə Hidayət İmanov İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, ötən ilin noyabr ayında "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC-nin direktoru Cəfər Muxtərov işdən çıxarılıb, yerinə Hidayət İmanov gətirilib. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
3
qaynarinfo.az

5Mənbələr