AZ

Dörd ay əvvəl təyin edilən vəzifəli şəxs qanunu pozdu: Məhkəmə barəsində qərar verdi

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin "Naxçıvan Yol Təmir Tı̇kı̇nti İstı̇smar" Məhdud Məsuliyyətli Cəmı̇yyətinin (MMC) yeni direktoru cərimələnib.

Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yer təkindən qanunsuz istifadəyə görə MMC-nin qanuni təmsilçisi və direktoru Hidayət Ədalət oğlu İmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) protokol tərtib edib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, Babək rayonunun Nəhəcir kəndində (Qahab bələdiyyəsinin mülkiyyətində olan ərazidə) "Naxçıvan Yol Təmı̇r Tikı̇nti İstı̇smar" MMC-yə qarışıq süxurun götürülməsinə icazə verilib. Amma MMC tərəfindən həmin ərazidə ayrılmış sahədən 3 100 kvadratmetr kənara çıxılaraq 6 665 kubmetr qarışıq süxur götürüb və heç bir icazə almadan yer təkindən qanunsuz istifadə edib.

Məhkəmənin qərarı ilə Hidayət İmanov İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC-nin direktoru Cəfər Muxtarov işdən çıxarılıb, yerinə Hidayət İmanov gətirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
oxu.az

4Mənbələr